Modern.az

Məleykə Abbaszadə valideynlərə çağırış etdi: Uşaqların istəklərini öyrənin!

Məleykə Abbaszadə valideynlərə çağırış etdi: Uşaqların istəklərini öyrənin!

Təhsil

11 Avqust 2023, 11:13

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçimi ilə bağlı valideynlərə müraciət edib.

 

Modern.az xəbər verir ki, o, ixtisas seçimində kənar şəxslərin köməyindən istifadə olunmasının mənfi nəticələr verdiyini diqqətə çatdırıb.

 

Məleykə Abbaszadə ixtisas seçimi üçün kitabçaların hazırlandığını bildirib və əlavə edib ki, orada ixtisaslar, plan yerləri və ötən il üzrə keçid balları öz əksini tapıb.

 

"Bu vəsaitlərdən istifadə etməklə doğru ixtisası seçmək mümkündür. Valideynlərə müraciət edirəm ki, ilk növbədə uşaqların istəklərini öyrənin, ondan sonra birgə seçim edin", - o vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış