Modern.az

Tsarukyanın partiyası yerli seçkilərə qatılmayacaq

Tsarukyanın partiyası yerli seçkilərə qatılmayacaq

Dünya

11 Avqust 2023, 11:56

Ermənistanda oliqarx Qaqik Tsarukyanın Çiçəklənən Ermənistan Partiyası İrəvanın bələdiyyə məclisinə keçirilən seçkilərdə iştirak etməyəcək.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə partiyanın sözçüsü İveta Tonoyan sosial şəbəkə hesabında yazıb.

 

O qeyd edib ki, seçkilərdə heç kimə dəstək verməyəcək.

 

"Bu qərarın iki səbəbi var. İlk növbədə partiya hazırda intensiv struktur və məzmun islahatları mərhələsindədir. İkincisi, Qarabağla bağlı cəmiyyətdə İrəvanın problemləri üçün real müzakirə mühiti yoxdur", - sözçü əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri