Modern.az

Lavrovun Laçın və Ağdam yolu ilə bağlı təklifi niyə reallaşmayıb?

Lavrovun Laçın və Ağdam yolu ilə bağlı təklifi niyə reallaşmayıb?

Qarabağ

11 Avqust 2023, 14:12

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ağdam-Xankədi və Laçın yollarından istifadə ilə bağlı kompromis variant təklif edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Kommersant" nəşri mənbələrinə istinadən yazıb.

 

Mənbənin sözlərinə görə, təklifin mahiyyəti əvvəlcə Ağdam yolunun açılması və BQXK vasitəsilə lazım olan hər şeyin oradan çatdırılması, bundan 1 sutka sonra isə Laçın yolunda nəqliyyatın hərəkətinin bərpasından ibarət olub.

 

“Bu variant yüksək səviyyədə hazır idi”, - mənbə əlavə edib.

 

Məlumata görə, daha sonra separatçılar işi pozub və Laçın yolu ilə bağlı 1 sutkalıq fasilənin yaranmamasını və Ağdam yolundan Azərbaycan mənşəli malların keçməməsini istəyiblər.

 

Nəticədə Lavrovun təklifi reallaşmayıb. Mənbə təklifin nə vaxt irəli sürüldüyünü açıqlamayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu