Modern.az

Vətən doğulub boya-başa çatdığın evdən başlayır... - Laçın sakini

Vətən doğulub boya-başa çatdığın evdən başlayır... - Laçın sakini

Qarabağ

11 Avqust 2023, 14:06

Laçın rayonunun Bozlu kəndindən məcburi köçkün olan Hüseyn Oruc oğlu Rəfiyev ata- baba yurdunu, anadan olduğu evi ziyarət edib.

 

Modern.az xəbər verir ki, Dövlət Komitəsinin hazırladığı videoçarxda o, səfər təssüratını bölüşür, bu yerlərdə aparılan bərpa-quruculuq işlərinə münasibət bildirir.

 

Tezliklə doğma yurda qayıtmağa hazırlaşan Hüseyn Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığını ifadə edir, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyir.

 

Ərazisi işğaldan azad olunmuş rayonların sakinləri ilə müsahibələr əsasında videoçarxların hazırlanması davam etdirilir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu