Bakı Mühəndislik Universitetinin (BMU) daha bir tələbəsi təhsilini Böyük Britaniyanın ən qədim və nüfuzlu tədqiqat universitetlərindən biri olan Edinburq Universitetində davam etdirəcək.
Bu barədə Modern.az-a BMU-dan məlumat verilib.
Belə ki, universitetin Memarlıq və inşaat fakültəsinin Kimya mühəndisliyi ixtisasının (tədris ingilis dilində) məzunu Lamiyə Rəhimova “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın qalibi olub.
Proqramın qalibi Böyük Britaniyada sözügedən ali təhsil müəssisəsinin magistratura səviyyəsi üzrə “Advanced Chemical Engineering” ixtisasına qəbul olub.
2019-2020-ci tədris ilində BMU-nun kimya mühəndisliyi ixtisasına 630 balla daxil olan L.Rəhimova 2023-cü ildə bakalavriat səviyyəsindən ümumi orta müvəffəqiyyət göstəricisi 94.71 balla məzun olub.