Modern.az

Bakının daha 2 küçəsində sürət həddi azaldıldı

Bakının daha 2 küçəsində sürət həddi azaldıldı

Ölkə

11 Avqust 2023, 16:42

Bakının Məhəmməd Hadi və Təbriz küçələrində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

 

Məlumata görə, hər iki yol sahəsində müvafiq yol nişanları quraşdırılıb. Qurum sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...