Modern.az

Valideyn bağça rəhbərindən təhdidlə 15 000 pul tələb edib

Valideyn bağça rəhbərindən təhdidlə 15 000 pul tələb edib

Hadisə

11 Avqust 2023, 17:36

339 saylı bağçada azyaşlı gözdən yayınaraq küçəyə çıxıb.

 

Modern.az xəbər verir ki, tezliklə uşaq tapılıb və xoşbəxtlikdən heç bir əlavə narahatlıq olmayıb.

 

Bağça rəhbərliyi valideynə məlumat verib, tərbiyəçi-müəllim haqqında tənbeh tədbiri görüb, nəzarət tədbirləri artırılıb. Əsl hadisə bundan sonra başlayıb.

 

Valideyn bağça rəhbərliyini məsələni ictimailəşdirəcəyi ilə hədələyərək 15 000 manat pul tələb edib. O, bunu övladını özəl bağçaya qoymaq istəməsi ilə əlaqələndirib. Maraqlıdır ki, özəl bağçanın ödəniş haqqının da dövlət bağçası rəhbərliyinin ödəməsini istəyib. 

 

Prosesin ardıcıllığı və valideynin çəkinmədən və təhdidlə bağça rəhbərliyindən pul tələb etməsi məsələnin qurama olduğuna dair şübhələr yaradır.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər