Modern.az

Bakıdan Şarm əl-Şeyxə reyslərin sayı artırılır

Bakıdan Şarm əl-Şeyxə reyslərin sayı artırılır

Ölkə

11 Avqust 2023, 17:58

“Azərbaycan Hava Yolları” (AZAL) QSC "PAŞA Travel" MMC ilə birlikdə Misirin Şarm əl-Şeyx şəhərinə çarter reyslərinin sayını artıracaq.

 

Modern.az xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.

 

Məlumata görə, noyabrın 4-dən Bakıdan Şarm əl-Şeyxə uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

 

Aviabiletləri www.azal.az saytından, AZAL mobil tətbiqi vasitəsilə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.

 

Misirə turlar Azərbaycanın bütün turizm agentliklərində də satışa çıxarılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...