Modern.az

"Fənərbağça" "Mançester"in futbolçusunu transfer etdi 

İdman

11 Avqust 2023, 23:14

"Fənərbağça" futbol klubu İngiltərə "Mançester Yunayted"inin futbolçusu Fredi transfer edib.

 

Modern.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi tibbi müayinədən keçmək və müqaviləyə imza atamaq üçün avqustun 12-də İstanbula yollanacaq.

 

Hələlik 30 yaşlı oyunçu ilə sözləşmənin detalları açıqlanmayıb.

 

Qeyd edək ki, Fred 2018-ci ildən "Mançester Yunayted"də çıxış edirdi. Təcrübəli futbolçu "qırmızı şeytanlar"ın heyətində 213 oyun keçirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi