Modern.az

İstirahətə gedən gənc çayda boğuldu

İstirahətə gedən gənc çayda boğuldu

Hadisə

12 Avqust 2023, 19:30

Biləsuvar rayon sakini Lerik rayonunda çayda boğulub.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Lerik rayonunun Piran kəndi ərazisində baş verib.

 

Belə ki, Biləsuvardan Lerikə istirahətə gedən ailə faciə ilə üzləşib.

 

Biləsuvar rayonunun Səmədabad kənd sakini, 2006-cı il təvəllüdlü Allahverdi Mail oğlu Mehdiyev ərazidən keçən çayda çimərkən boğulub.

 

A.Mehdiyev yaxınlarının köməyi ilə sudan çıxarılaraq təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Lakin onun üzərində həyat əlamətləri müşahidə olunmayıb.

 

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran şöbəsinə təhvil verilib.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər