Modern.az

Mbappe məşqlərə QAYITDI

Mbappe məşqlərə QAYITDI

İdman

13 Avqust 2023, 17:53

PSJ-nin hücumçusu Kilian Mbappe əsas komanda ilə məşqlərə qayıdıb.

 

Modern.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

 

Romano PSJ-dən sitat gətirib: "Loryan"lə oyundan əvvəl PSJ və Kilian Mbappe arasında çox konstruktiv və müsbət danışıqlardan sonra oyunçu bu səhər əsas komanda ilə məşqlərə qayıtdı".

 

Daha əvvəl bildirilmişdi ki, 24 yaşlı Mbappe 2024-cü ilin yayına kimi nəzərdə tutulan müqaviləsinin sonuna kimi PSJ-dən ayrılmamaq barədə son qərarı verib. Bildirilib ki, klub Kilianı bu yay istədiyi qiymətə sata biilməsə, onu bütün mövsüm boyunca əsas komandadan uzaqlaşdıracaq.

 

Kilian Mbappe ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 43 oyunda 41 qol vurub və 10 qolun ötürməsini verib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi