Modern.az

Şahmatçımız 1/4 finalda

Şahmatçımız 1/4 finalda

İdman

13 Avqust 2023, 19:13

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov qara fiqurlarla Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Saleh Salemlə qarşılaşıb.

 

İlk partiyada olduğu kimi, cavab oyununda da Nicat Abasov qələbə qazanıb. Bununla da Azərbaycan şahmatçısı karyerasında ilk dəfə Dünya Kubokunda 1/4 finala vəsiqə qazanıb.

Onun növbəti rəqibi Yan Nepomnyaşi - Santoş Vidit (Hindistan) cütünün qalibi olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi