Məhmət İlkər Başbuğ 1943-cü il aprelin 29-da Afyon-Karahisar şəhərində anadan olub. Türkiyə Silahlı Qüvvələrinin 26-cı Qərargah rəisi olub. 2008-ci il avqustun 30-dan 2010-cu il avqustun 30-dək Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi idi.
Bu statusda ilk xarici səfərini Azərbaycan edib. 1962-ci ildən Quru Qoşunlarının hərbi məktəbini bitirib. 1971-ci ilə qədər Türkiyə Quru Qoşunlarında tağım və bölük komandiri olub. 1973-cü ikldə Quru Qoşunlarının hərbi akademiyasının zabitlik kurslarını bitirib. İngiltərə Quru Qoşunları akademiyasını və NATO-nun müdafiə kollecini bitirən İlkər Başbuğ 1989-cu ildə Türkiyə Qoşunlarında general-mayor rütbəsi alıb. Jandarm Qüvvələri komandanının müavini olan Başbuğ 2002-ci ildə ordu generalı rütbəsinə yüksəlib. 2002-2003-cü illərdə Quru Qoşunları komdanı olan İlkər Başbuğ 2003-2005-ci illərdə Türkiyə Qərargah rəisinin müavini görəvində çalışıb.
2008-ci il avqustun 30-dan isə Türkiyə Silahlı Qüvvələri Qərargah rəisi seçilir. İki il sonra 2010-cu il avqustun 30-dan təqaüdə göndərilir. 2012-ci ildən istintaq altında olan İlkər Başbuğ Böyük Millət Məclisi sədri Bülənt Arınça qarşı hazırlanan sui-qəsdin təşkilatçılarından biri kimi həbs olunmuşdu.
“Ergenekon” adı alan məhkəmə prosesində ordunun bir çox yüksək rütbəli zabitləri hakimiyyətə qarşı qiyam qaldırmaq cəhdlərində ittiham olunurdular. 2013-cü il avqustun 5-də İstanbul 13-cü Ağır Cinayətlərə dair Məhkəmənin hökmü ilə Başbuş ömürlük azadlıqdan məhrum edildi.
Vüqar İsmayılov