
Ötən gündən içməli su üzünə həsrət qalan Sumqayıt şəhəri 2-ci və 6-cı mikrorayon ərazisinin sakinləri problemin daha bir neçə gün də yaşanacağından narahatdırlar. Heç bir xəbərdarlıq olunmadan sakinlərə verilən suyun dayandırılması narazılığa səbəb olub.
”Sumqayıtda içməli suyun verilməsi bu gün bərpa olunacaq”. Bunu “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Anar Cəbrayıllının
Modern.az-a deyib. ASC rəsmisinin sözlərinə görə, 2-ci və 6-cı mikrarayon ərazilərində magistral xətdə birləşmə işləri aparıldığından suyun verilməsi müvəqqəti dayandırılıb. Bunu təhlükəsizlik baxımından ediblər. “Əvvəlcədən yerli telekanal vasitəsilə sakinlərə xəbərdarlıq olunub. Bu gün işlər yekunlaşacaq və axşam saatlarında suyun verilişi bərpa olunacaq”-deyə Anar Cəbrayıllı bildirib.
Gültəkin ƏLƏSGƏR