Modern.az

İlham Əliyevin sənədləri MSK-ya təqdim edilmək üzrədir

İlham Əliyevin sənədləri MSK-ya təqdim edilmək üzrədir

5 Avqust 2013, 18:29

Artıq hakim Yeni Azərbaycan Partiyası (YAP) öz namizədi, cənab İlham Əliyevin seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi üçün hazırlığa başlayıb. Modern.az xəbər verir ki, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov bu barədə Trend-ə məlumat verib.

Ə.Əhmədov deyib ki, bununla bağlı bəzi sənədlər hazırlanır: "Güman edirəm ki, bu gün, uzağı sabah YAP öz namizədinin seçki sənədlərini MSK-ya təqdim edəcək".

Qeyd edək ki, YAP iyunun 7-də keçirdiyi V qurultayında prezident seçkilərində Azərbaycan Prezidenti, partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib.

Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı