Qax rayonunun İlisu kəndinə istirahətə gedən kişi intihar edib.
Modern.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
1992-ci il təvəllüdlü Sabirabad rayon sakini Təriqət Rövşən oğlu Mürsəlovun meyiti ağacdan asılı vəziyyətdə aşkar edilib. İlkin araşdırma zamanı T. Mürsəlovun intihar etdiyi məlum olub.
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.