Modern.az

Rüstəm İbrahimbəyov İsa Qəmbərin təklifini qəbul etmədi

Rüstəm İbrahimbəyov İsa Qəmbərin təklifini qəbul etmədi

5 Avqust 2013, 20:03


Milli Şura sədri Rüstəm İbrahimbəyov Müsavat başqanı İsa Qəmbərin yeni namizəd təklifinə cavab verib. Modern.az-ın məlumatına görə, Azadlıq.info-ya müsahibəsində İsa Qəmbərin təklifinə münasibət bildirən R.İbrahimbəyov qeyd edib ki, Milli Şuranın bir namizədi olmalıdır:

“Bu İsa bəyin fikridir. Biz hamımız Milli Şuranın üzvləriyik. Hər kəsin öz mövqeyi ola bilər. Milli Şuranın növbəti sessiyasında bütün təkliflərə baxılmalıdır. Milli Şuranın təkliflərlə bağlı rəyi olmalıdır. Söhbət məndən getdiyi üçün bu barədə danışmağım düzgün çıxmır, amma mən düşünürəm ki, Milli Şuradan bir namizəd olmalıdır və o da sona qədər qalmalıdır. Biz var gücümüzü, bütün potensialımızı istifadə edərək Milli Şuranın namizədinin qeydə alınmasına nail olmalıyıq. Konstitusiya ilə seçki qanunvericiliyi arasında böyük təzadlar mövcuddur. Hakimiyyət prezidentliyə namizədin qeydiyyatı üçün lazım olan yekun sənədləri əvvəlcədən tələb edir. Bu düzgün yanaşma deyil. Milli Şuranın namizədinin irəli sürülməsi üçün təşəbbüs qrupunun bu barədə qərarı və mənim ilkin sənədlərim kifayət edir”-deyə R.İbrahimbəyov qeyd edib.

Milli Şura sədri daha sonra Rusiya vətəndaşlığından çıxması ilə bağlı proseslərin sürətlə davam etdirini deyib.

“Proses sürətlənib, işlər gedir. Məncə, daha da sürətlə gedəcək. Bu istiqamətdə şəxsi əlaqələrimdən də istifadə edirəm”.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı