Modern.az

Milli Şura liderlərinin gizli görüşü olub

Milli Şura liderlərinin gizli görüşü olub

5 Avqust 2013, 22:50


Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və EL hərəkatının sədri, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov arasında görüş olub. Görüş Eldar Namazov Moskva səfərindən qayıtdıqdan sonra baş tutub. Liderlər görüşün olduğunu gizli saxlasalar da, Müsavat Partiyasına yaxın qaynaqlardan musavat.com-a bu barədə xəbər daxil olub.

Görüşün təfərrüatları məlum deyil. Lakin ehtimal olunur ki, tərəflər Milli Şura ətrafında yaranmış böhranlı vəziyyəti və çıxış yollarını müzakirə ediblər.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı