Modern.az

“Nikosayağı”nın düşdüyü qəzada ölən şəxs biznesmen oğlu imiş

“Nikosayağı”nın düşdüyü qəzada ölən şəxs biznesmen oğlu imiş

Hadisə

15 Avqust 2023, 09:47

Xəbər verdiyimiz kimi, “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.

 

Modern.az xəbər verir ki, qəzada ölən şəxs “Nikosayağı”nın dostu Ruslan Məmmədovdur.

 

Onun Gəncədəki “İmperial” şadlıq evinin sahibi Şahin Məmmədovun oğlu olduğu bildirilir.

 

Qeyd edək ki, 29 yaşlı N. Şakirlinin sağ yuxarı ətrafı dirsəkdən amputasiya olunub. Hadisə vaxtı yolda hərəkəti tənzimləyən polis əməkdaşı, 23 yaşlı Fəxri Rüstəmov isə sağ əlin kəsiyi diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər