Modern.az

ABŞ Minsk Qrupuna yeni həmsədr təyin edib

ABŞ Minsk Qrupuna yeni həmsədr təyin edib

6 Avqust 2013, 09:36

ABŞ ATƏT-in Minsk qrupuna yeni həmsədr təyin edib.  ABŞ-ın dövlət katibi Con Kerri Ceyms Uorlikin həmsədr təyin edildiyini bəyan edib. ABŞ-ın yeni həmsədri vəzifəsinin icrasına sentyabrda başlayacaq.

 Qeyd edək ki, Uorlik bundan əvvəl ABŞ prezidentinin Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsinin müavini  vəzifəsində çalışıb və ABŞ-la Əfqanıstan arasında təhlükəsizlik razılaşması üzrə əsas müzakirəçilərdən biri olub. Bunadək o, ABŞ-ın Bolqarıstanda səfiri (2009-2012-ci illərdə) olub və Dövlət Departamentində məsul vəzifələrdə çalışıb.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı