Modern.az

Baş nazirdən Dağıstan rəhbərinə BAŞSAĞLIĞI

Baş nazirdən Dağıstan rəhbərinə BAŞSAĞLIĞI

Ölkə

15 Avqust 2023, 11:22

Baş nazir Əli Əsədov Dağıstan rəhbərinə başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, avqustun 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Mahaçqalada çoxsaylı insan tələfatına səbəb olan yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı verib.

 

Əli Əsədov Dağıstanın rəhbərinə, həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralılara şəfa diləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...