Modern.az

Sahibkarlar istehlakçılara 217 min manatadək vəsaiti geri qaytarıb

Sahibkarlar istehlakçılara 217 min manatadək vəsaiti geri qaytarıb

15 Avqust 2023, 13:40

Bu ilin yanvar-iyul aylarında istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan 1 463 müraciət təmin olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Xidmətindən bildirilib.

 

Bu, 2022-ci ilin analoji dövrü ilə müqayisədə 9,8 % çoxdur. Təmin olunan müraciətlər nəticəsində 216 878 manat vəsait sahibkarlıq subyektləri tərəfindən istehlakçılara geri qaytarılıb, 36 501 manat məbləğində dəymiş ziyan ödənilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi