Modern.az

Putin Ərdoğanı görüşə çağırdı

Putin Ərdoğanı görüşə çağırdı

6 Avqust 2013, 11:38


Rusiya prezidenti Vladimir Putinlə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan  işgüzar görüşlə bağlı razılığa gəliblər. Modern.az rusiya mətbuatına istinadən xəbər verir ki, rəsmilər telefon danışığından sonra payızda Moskvada yüksək səviyyəli əməkdaşlıqla əlaqədar görüş təyin ediblər. Rəsmi Kremlin mətbuat xidmətinin görüşlə bağlı yaydığı məlumatda deyilir:

“Rusiya prezidenti ilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qarşılıqlı əməkdaşlıq çərçivəsində payızda Moskvada baş tutacaq növbəti iclasın vaxtın dəqiqləşdiriblər. Görüşdə ölkələrarası yüksək səviyyəli əməkdaşlıq proqramlarının qəbulu və eyni zamanda “İyirmilik qrupu” sammiti çərçivəsində görüşləri davam etdirmək nəzərdə tutulur. ”  

 

Elçin MURAD

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı