Modern.az

Rubinyan yeni Fransa səfirini qəbul etdi

Rubinyan yeni Fransa səfirini qəbul etdi

Dünya

15 Avqust 2023, 14:50

"Mən Ermənistan-Fransa əməkdaşlığını yüksək qiymətləndirirəm".

 

Modern.az "News.am"a istinadən xəbər verir ki, bunu avqustun 15-də Fransanın İrəvana yeni təyin olunmuş səfiri Olivye Dekotini ilə görüşündə  Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan deyib.

 

Ermənistan parlamentinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Rubinyan Ermənistan-Fransa ikitərəfli münasibətlərinin xüsusi xarakterini qeyd edib.

 

Tərəflər həmçinin parlamentlərarası əlaqələrin inkişafı və qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinin vacibliyini qeyd edib, eləcə də regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu