Modern.az

Sürəti yox, həyatı seç! - Sürücülərə MÜRACİƏT

Sürəti yox, həyatı seç! - Sürücülərə MÜRACİƏT

15 Avqust 2023, 16:20

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

 

Modern.az xəbər verir ki, BDYPİ-nin müraciətində deyilir:

 

“Sürət məhdudiyyətlərinə riayət etmək yalnız sizin deyil, ətrafınızdakı hər kəsin təhlükəsizliyini təmin edir. Bir neçə saniyə ərazidə daha sürətli getmək, çox dəyərli həyatları riskə atmağa bərabərdir. Səyahət zamanı sürətinizi nəzarət altında saxlamağınızın nə qədər əhəmiyyətli olduğunu xatırlatmalıyıq.

 

Əziz sürücülər, yolda sürət hər zaman seçim məsələsidir və seçiminiz həyatınıza təsir edə bilər. Unutmayın ki, hər sürətli hərəkət potensial bir riskdir. Bu riski minimallaşdırmaq və həyatı doya-doya yaşamaq üçün sürətinizi nəzarət altında saxlayın. Sürəti yox, həyatı seç!”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi