Modern.az

Spikerdən Mahaçqaladakı partlayışla bağlı BAŞSAĞLIĞI

Spikerdən Mahaçqaladakı partlayışla bağlı BAŞSAĞLIĞI

Parlament

15 Avqust 2023, 16:45

Milli Məclisin sədri Sahibə Qafarova Mahaçqalada baş vermiş partlayışla bağlı başsağlığı verib.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən xəbərə görə, avqustun 15-də Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insan tələfatı ilə əlaqədar Rusiya Federal Məclisinin Dövlət Dumasının sədri Vladimir Volodinə, Federasiya Şurasının sədri Valentina Matviyenkoya və Dağıstan Xalq Məclisinin sədri Zaur Askenderova başsağlığı məktubu göndərib.

 

Məktubda Milli Məclisin sədri bu ağır faciə ilə əlaqədar rusiyalı həmkarlarına, həlak olanların ailələrinə və yaxınlarına öz adından və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalması diləklərini çatdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi