Modern.az

Özbəkistanın baş naziri Qırğızıstana getdi

Özbəkistanın baş naziri Qırğızıstana getdi

Dünya

15 Avqust 2023, 17:38

Özbəkistanın baş naziri Abdulla Aripov Qırğızıstana işgüzar səfər edib.

 

Modern.az "Kun.uz"a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

 

“İssık-Kul” beynəlxalq hava limanında qonağı Qırğızıstan baş nazirinin müavini Bakıt Torobayev qarşılayıb.

 

Abdulla Aripov avqustun 16-da Çolpon-Ata şəhərində keçiriləcək Qırğızıstan və Özbəkistan arasında ikitərəfli əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın onuncu iclasında iştirak etmək üçün Qırğızıstana gəlib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri