Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin işğaldan azad edilmiş Ağdama səfəri başlayıb.
Modern.az xəbər verir ki, xarici diplomatlar Ağdamda həyata keçirilən tikinti-quruculuq işləri, reallaşdırılan layihələrlə tanış olacaqlar.
Diplomatlar Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış ola biləcəklər.