Modern.az

Qarabağda gərginlik: Sülhməramlılar ermənilərin bağladığı yolu açdı - VİDEO

Qarabağda gərginlik: Sülhməramlılar ermənilərin bağladığı yolu açdı - VİDEO

Qarabağ

16 Avqust 2023, 12:44

Separatçılar Rusiya sülhməramlılarının Qarabağdakı bazasının girişi yaxınlığında aksiya keçiriblər.

 

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

 

Kadrlarda Azərbaycanın Qarabağ bölgəsində özünü separatçıların nümayəndəsi kimi təqdim edən Artur Osipyanın maşınla qərargahın girişini kəsməsi, ancaq rusiyalı hərbçilərin yolu açdıqları əks olunub.

 

Qeyd edək ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığı provokasiya ilə məşğul olan bir qrup erməni azlığın Azərbaycan-Ermənistan sərhədinə doğru yürüşünü müşayiət etməkdən imtina edib. Qarabağdakı sülhməramlı kontingentinin komandirinin müavini, polkovnik İ.Sazonovun onlara ünvanladığı cavab məktubunda 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Rusiya sülhməramlı kontingentinin avtoyürüş karvanlarında avtomobilləri müşayiət etməsi, eləcə də müxtəlif aksiyaların və mitinqlərin təhlükəsizliyini təmin etməsinin nəzərdə tutulmadığı vurğulanıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu