Gürcüstanla Rusiya arasındakı Yuxarı Lars keçid məntəqəsinin ötürmə qabiliyyəti azala bilər.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.
Nəzarət-keçid məntəqəsinin işində dəyişiklik avqustun 17-26-da nəzərdə tutulan gediş-gəliş zolaqlarının asfaltlanması ilə bağlıdır. İşlər əvvəlcə 12 sərnişin zolağında, daha sonra isə 8 yük zolağında aparılacaq.
Rusiya Federal Gömrük Xidməti vətəndaşlara və yükgöndərənlərə bu zaman alternativ nəqliyyat marşrutlarını nəzərdən keçirməyi tövsiyə edir.