Modern.az

Humanitar tələbatlar siyasiləşdirilməməli - Albaniyalı diplomat

Humanitar tələbatlar siyasiləşdirilməməli - Albaniyalı diplomat

Qarabağ

17 Avqust 2023, 00:23

Humanitar tələbatlar siyasiləşdirilməməli və digər məsələlərin həlli üçün sui-istifadə olunmamalıdır. 

 

Modern.az xəbər verir ki, bunu Albaniyanın BMT-dəki daimi nümayəndəsi Fərid Hoca Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasında deyib.

 

O qeyd edib ki, söhbət humanitar məsələdən gedirsə, mümkün olan hər şeyi, bütün variantları nəzərdən keçirmək mümkündür: "Bura digər yollar, həmçinin təklif olunan Xankəndi – Ağdam yolu da daxildir”.

 

Diplomat bildirib ki, Albaniya mayın əvvəlində ABŞ-də baş tutan sülh danışıqlarından sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin aktivləşməsini alqışlayır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu