Modern.az

“Qarabağ” bu gün cavab oyununa çıxır

“Qarabağ” bu gün cavab oyununa çıxır

İdman

17 Avqust 2023, 09:20

"Qarabağ" bu gün Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçına çıxacaq.

 

Modern.az xəbər verir ki, Ağdam klubu səfərdə HİK-lə görüşəcək.

 

Ötən həftə Bakıda 2:1 hesabı ilə qalib gələn ağdamlılar Finlandiyada üstünlüyünü qorumağa çalışacaq.

 

“Qarabağ” bu səddi adlasa, avrokubokların qrupunda yerini təmin edəcək. Ağdamlıları Avropa Liqasının pley-offunda Sloveniya “Olimpiya”sı gözləyir.

 

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Avropa Liqası

 

III təsnifat mərhələsi, cavab oyunu

 

17 avqust

 

20:00. HİK (Finlandiya) – “Qarabağ” (Azərbaycan)

 

Baş hakim: Villy Delajod (Fransa)

 

Helsinki Futbol stadionu

 

İlk oyun – 1:2

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi