Milli Şuranın avqustun 7-ə təyin edilən sessiyası təxirə salınıb. Modern.az-ın məlumatına görə, MŞ-ın iclası avustun 7-dən 12-ə keçirilib.
Sessiya Klasssik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında keçiriləcək.
Sessiyanın gündəliyinə seçki kampaniyasının təşkili, Milli Şuranın vahid namizədinin Seçki Qərargahının, Milli Şuranın komissiya və komitələrinin görülən işlərlə bağlı hesabatı, təşkilatı və cari məsələlər daxildir.
Qeyd edək ki, Tiflis səfərindən sonra Milli Şuranın növbəti iclasının avqustun 10-da keçiriləcəyi bildirilsə də görüş təxirə salınaraq ayın 7-də təyin edilmişdi.
Anar