Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2013-2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə aparılan qəbul imtahanları başa çatıb. Artıq hər bir abituriyent öz nəticələrini bilir və bu gündən başlayaraq yığdıqları bala əsasən oxumaq istədikləri ixtisasları seçirlər.
Lakin burada narahat doğuran bir məqam abituriyentlərin göstərdikləri nəticələrdir. Məhz bu nəticələr əsasında müxtəlif ixtisas qrupları üzrə ballar aşağı salınıb. Belə ki, III ixtisas qrupu üzrə müsabiqəyə buraxılmaq üçün tələb olunan minimal bal 300-dən 250-yə endirildi. Ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər ixtisas seçiminə buraxılıblar. I, II, IV qruplarda da keçid balı azaldıldı - 150-yə endirildi. Beləliklə, 150 bal toplayan abituriyent ali təhsil müəssisələrinə qəbul oluna bilər.Təhsil eksperti Nazim Əkbərov Modern.az-a açıqlamasında bu il abituriyentlərin pis nəticə göstərdiklərimni bildirib. O qeyd edib ki, bu göstəricillə ölkə iqtisadiyyatı və səneysinin inkişafı mümkün deyil.
“Müsbaiqə ballarının 150-ə endirilməsi təhsilimizə, təbiət elmələrinə verilən əhəmiyyətin göstəricisidir. Orta məktəblərdə təhsilə ciddi maraq göstərilmir. Bunun da bir səbəbi 10-11-ci sinfilərdən başlayır. Bəzi müəllimlər şagirdləri hazırlaşdırmaq üçün öz tərəflərinə çəkməyə çalışır və məktəbdə dərs deməyi unudurlar. Problemin bir səbəbi də buradan qaynaqlanır. Abituriyentlərin göstərdikləri 150-200 balla iqtisadiyyatımızı və səneymizi inkişaf etdirə bilmərik”.
N.Əkbərov bildirib ki, sənaye və iqtisadiyyatın inkişafı üçün yuxarı bal toplayanlara üstünlük verilməlidir. “Dövlət sifarişli yerlərə götürülənlərin əksəriyyəti minumum 600 bal toplayanlardır. Çünki dövlət deyir ki, “mən pul verib tələbə oxuduramsa, mənə yuxarı bal lazımdır”. Qalanları pullu təhsilə qalır ki, bu da biznesdir. Universitetə pulu verib oxuyur, sonrakı aqibətinin necə olacağı bəlli deyil”.
Təhsil eksperti bildirib ki, balların aşağı endirilməsi bir növ universitetlərin pula olan ehtiyacını ödəmək üçündür.
“Dövlət universitetlərinin maliyyə ehtiyacını ödəmək üçün ödənişli fakültələr lazımdır. Dövlət tərəfindən həmin ali təhsil müəssisələrində işləyənlərin maaşı verilir, xırda kağız və təmir işləri üçün cuzi vəsait ayrılır. Dövlət universitetlərinin özünü inkişaf etdirməsi üçün çoxlu pula ehtiyac var və bunu ödənişli fakültələr hesabına ödəyir. Onsuz aşağı balla ödənişli fakültərlərə daxil olanlar oxuyub qurtarandan sonra heç bir yerə gedə bilmirlər, yalnız küçədə ticarətlə məşğul olurlar”.
Aytən ƏLİYEVA