Modern.az

İtkin düşən gəncin asılmış vəziyyətdə meyiti tapıldı

İtkin düşən gəncin asılmış vəziyyətdə meyiti tapıldı

Hadisə

17 Avqust 2023, 16:58

Tərtərdə itkin düşən 16 yaşlı oğlanın meyiti tapılıb.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Atayev Vidadi Samir oğlunun meyiti Mamırlı kəndində, qonşularının həyətindəki qoz ağacından asılmış vəziyyətdə aşkarlanıb.

 

Yeniyetmənin orta məktəb təhsilini yarımçıq qoyaraq 9-cu sinifdən çıxdığı, avtomobil təmiri yerində usta köməkçisi işlədiyi bildirilib.

 

Kənd sakinlərinin sözlərinə görə, mərhumun içki aludəçiliyi olub. Qeyd edilib ki, yeniyetmə, anasının pis vərdişi ilə bağlı ona çoxsaylı iradlarından sonra intihar edib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Atayev Vidadi Samir oğlunun itkin düşməsi barədə məlumat Tərtər Rayon Polis şöbəsinə 16 avqustda daxil olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər