Modern.az

Cəbhə xəttində erməni silahlı qüvvələrinin diversiyasının qarşısı alınıb

Cəbhə xəttində erməni silahlı qüvvələrinin diversiyasının qarşısı alınıb

6 Avqust 2013, 17:04

Modern.az APA-ya istinadən bildirir ki, Ermənistan tərəfindən  cəbhə xəttinin neytral zonasına bir nəqliyyat vasitəsi daxil olub. Azərbaycan tərəfinin həmin nəqliyyat vasitəsini atəşə tutması nəticəsində bir nəfər erməni hərbiçisi ölüb, biri isə yaralanıb. Nəqliyyat vasitəsi isə neytral zonadan çıxarılıb.

Hadisə ilə bağlı Ermənistan Müdafiə Nazirliyi də məlumat yayıb. Məlumatda ölüm faktı qeyd olunmasa da bir erməni hərbiçinin yaralandığı, nəqliyyat vasitəsinin isə yarasız hala düşdüyü bildirilib.    

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı