"Qarabağ" UEFA Avropa Liqasının III təsnifat mərhələsində Finlandiyada HİK-in qonağı olub.
Modern.az xəbər verir ki, "Bolt Arena"dakı qarşılaşma Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandanın qollarını Toral Bayramov və Yassin Benzia vurub.
İlk matçda da rəqibini eyni hesabla üstələyən "Qarabağ" UEFA Avropa Liqasının pley-offuna yüksəlib. Ağdamlılar bu raundda Sloveniya çempionu "Olimpiya" ilə üz-üzə gələcək.