Modern.az

Bakıda polis maşınında ALIŞMA baş verdi

Bakıda polis maşınında ALIŞMA baş verdi

Hadisə

18 Avqust 2023, 00:01

Bakıda polisin xidməti avtomobilində alışma baş verib.

 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Modern.az-a bildirib ki, Yasamal rayonunda duracaqda olan post patrul avtomobilində alışma baş verib.

 

Görülən tədbirlər nəticəsində yanğın söndürülüb. İlkin məlumata görə, alışma mühərrikxanada qısaqapanmadan baş verib.

 

Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər