Sumqayıtda mənzildə aşkar edilən iki meyitin kimliyi məlum olub.
Modern.az Sumqayıt Şəhər Polis İdarəsinə istinadən xəbər verir ki, mənzildə tapılan meyitlər 1939-cu il təvəllüdlü Mamontov Aleksandr Alekseyeviçə və 1941-ci il təvəllüdlü Mamontova Lyubov Georgiyevnaya aiddir.
Onların meyiti mənzildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, avqustun 17-də Sumqayitda ər və arvadın yaşadığı mənzildə meyitləri tapılıb.
Hadisə şəhərin 2-ci mikrorayon, bina 6/11, mənzil 56 ünvanında qeydə alınıb.