Modern.az

Ağstafada iki “VAZ” toqquşdu - Xəsarət alanlar var

Ağstafada iki “VAZ” toqquşdu - Xəsarət alanlar var

Hadisə

18 Avqust 2023, 09:09

Ağstafa rayonunda “VAZ” markalı iki minik avtomobili toqquşub.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, hadisə Bakı-Qazax avtomobil yolunun 462-ci kilometrliyi baş verib.

 

Nəticədə bir minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisədə ağır dərəcəli xəsarət alanların olduğu bildirilir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər