Modern.az

Vahid Əhmədov: “Rəqabət Məcəlləsi müzakirəyə çıxarılacaq”

Vahid Əhmədov: “Rəqabət Məcəlləsi müzakirəyə çıxarılacaq”

Parlament

6 Avqust 2013, 17:34

Sentyabda Milli Məclisin payız sessiyası öz işinə başlayacaq və komitələrdə müxtəlif qanun layihələrinin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılacaq, hazırlanmış qanun layihələrinin müzakirəsi keçiriləcək.

  Modern.az ardıcıl olaraq müxtəlif komitələrdən payız sessiyasında müzakirə ediləcək qanun layihələri barədə  məlumatlar öyrənir. Bu dəfə isə millət vəkili Vahid Əhmədovdan payız sessiyasında İqtisadi siyasət komitəsində müzkairə olunacaq məsələləri soruşduq.   V.Əhmədov bildirdi ki, parlamentin payız sessiyasında əvvəlki sessiyalardan yarımçıq qalmış məsələlər müzakirə olunacaq ki, bunlardan biri də Rəqabət Məcəlləsidir.

“O sənəd artıq birinci oxunuşdan keçib və yenidən payız sessiyasında müzakirəyə çıxarılacaq. “Reklam haqqında”, “Təhsil kreditləri haqqında” qanun layihələrini də təqdim etmişik, amma indiyə qədər qəbul olunmur. Bu sənədlərin payız sessiyasında qəbul olunmasını çox istəyirik”.  

Bundan əlavə, millət vəkili digər yeni qanun layihələri üzərində də iş getdiyini vurğulayıb. “Hazırda bir sıra qanun layihələri üzərində iş gedir və sentyabrdan bunların hamısı bilinəcək”.  

Aytən ƏLİYEVA
   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...