Modern.az

Hacı Əli xarici dövlətin bayrağını yandırdığına görə həbs olunub- DİN-dən AÇIQLAMA

Hacı Əli xarici dövlətin bayrağını yandırdığına görə həbs olunub- DİN-dən AÇIQLAMA

Təhsil

6 Avqust 2013, 17:36

Daxili İşlər Nazirliyi avqustun 5-də Nardaran ağsaqqalı, Quran müəllimi Hacı Əli Hüseynov həbsi ilə bağlı rəsmi açıqlama verib.

Modern.az-ın sorğusunu cavablandıran DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, Əli Hüseynov əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 3 dəfə məhkum olunub. DİN rəsmisinin sözlərinə görə, Əli Hüseynov polisin dəfələrlə xəbərdarlığına məhəl qoymayaraq ictimai asayişi, ictimai təhlükəsizliyi pozduğuna görə, polisin qanuni tələblərinə tabe olmadığına görə saxlanılıb.

“Barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin hökmünə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati qaydada həbs olunub. Məlumata görə, hansısa xarici dövlətlərdən birinə məxsus atributu yandırdığına və ictimai asayişi pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə barəsində 9 sutkalıq həbs olunub”- deyə Ehsan Zahidov bildirib.

Xatırladaq ki, Hacı Əli bundan əvvəl 2010-cu ildə həbs olunub və ötən il azadlığa buraxılıb. Hakimiyyətə qarşı sərt tənqidi çıxışları ilə tanınan Hacı Əli Nardaranda keçirilən aksiyaların təşkilatçısı və aksiyaların aparıcısı olub. Bu dəfə isə o  “Qüds günü” aksiyasında etdiyi çıxışa və ABŞ və İsrailin dövlət bayraqlarının  yandırılmasına görə, həbs olunub.  

Gültəkin ƏLƏSGƏR     

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı