Modern.az

Əkin sahələrinin neçə faizi biçilib?

Əkin sahələrinin neçə faizi biçilib?

Ölkə

18 Avqust 2023, 12:40

Bu il avqustun 15-nə qədər Azərbaycanda payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 930 min hektar sahənin 910,2 min hektarı və yaxud 97,9 %-i biçilərək məhsulu yığılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

 

Məlumata görə, sahələrdən 2 915,3 min ton məhsul toplanıb, məhsuldarlıq 32 sentnerə bərabər olub. Məhsulun 1 828,6 min tonunu və yaxud 62,7 %-ni buğda, 1 064,1 min tonunu (36,5 %-ni) arpa, 22,6 min tonunu (0,8 %-ni) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.

 

Respublikanın 21 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. 31 rayonda və Naxçıvan MR-da biçilməsi nəzərdə tutulan sahənin 90 %-dən çoxu biçilib, digərlərində isə biçinin aparılması səviyyəsi 90 %-dən aşağı olub.

 

Ən yüksək məhsuldarlıq Hacıqabul (1 hektardan 51,8 sentner), Ağcabədi (müvafiq olaraq 45,3), Bərdə (44,8), Tərtər (43,5), Sabirabad (42,9), Salyan (41,9), Ağdam (41,3), Saatlı (40,9), İmişli (39,6), Tovuz (39,6) və Samux (39,5) rayonlarında olub.

 

Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Cəlilabad (218,6 min ton), Kürdəmir (148,4 min ton), Ağcabədi (120,7 min ton), Ağsu (118 min ton), Hacıqabul (107 min ton), Sabirabad (102,9 min ton), Biləsuvar (96,8 min ton) və İsmayıllı (93 min ton) rayonlarında müşahidə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...