Modern.az

Füzuliyə köçürülənlər 24 saat tibbi xidmətlə təmin olunacaqlar

Füzuliyə köçürülənlər 24 saat tibbi xidmətlə təmin olunacaqlar

Qarabağ

18 Avqust 2023, 15:36

“Füzuli şəhərinə köçürülən sakinlər 24 saat ərzində tibbi xidmətlə təmin olunacaqlar”.

 

Modern.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat verilib.

 

Bildirilib ki, işğaldan azad olunmuş rayonlara köçürülən sakinlərin TƏBİB tərəfindən tibbi müayinələri aparılır: “Müayinələr "Böyük Qayıdış" layihəsi çərçivəsində və icbari tibbi sığorta hesabına vətəndaşlar üçün ödənişsiz əsaslarla həyata keçirilib”.

 

“Bu gün tibbi müayinədən keçən 23 ailədən olan 90 nəfər Qaradağ rayonunun Qobu park ərazisindən TƏBİB-in 113 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin əməkdaşlarının müşaiyəti ilə Füzuliyə yola salınıb.

 

Bundan başqa, Füzuli şəhərinə köçürülən sakinlər Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası tərəfindən 24 saat ərzində tibbi xidmətlə təmin olunacaqlar”, - məlumatda qeyd edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi