Modern.az

Cüdoçumuz Zaqrebdə finala vəsiqə qazandı

Cüdoçumuz Zaqrebdə finala vəsiqə qazandı

İdman

18 Avqust 2023, 18:25

Azərbaycan cüdoçusu Yusif Əhmədov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pri turnirində finala vəsiqə qazanıb.

 

Modern.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda fransalı Teo Frarul Hebrarla qarşılaşıb.

 

Rəqibinə qalib gələn Əhmədov həlledici görüşdə Ukraynanı təmsil edən Dilşot Kalmatovu sınağa çəkəcək.

 

Qeyd edək ki, bu gün tatami üzərinə çıxan Leyla Əliyeva (48 kiloqram), Gültac Məmmədəliyeva (52 kiloqram), Nazir Talıbov (60 kiloqram), Kəramət Hüseynov və Kamran Süleymanov (hər ikisi 66 kiloqram) isə yarışı medalsız başa vurublar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi