Modern.az

Zelenskinin "sülh formulu"nu daha 8 ölkə dəstəkləyib

Zelenskinin

Dünya

18 Avqust 2023, 23:17

Ukrayna Prezidenti Volodimir Zelenskinin "sülh formulu"nu daha 8 ölkə dəstəkləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

 

O bildirib ki, Zelenskinin “sülh formulu”nu dəstəkləyən ümumi sayı 63-ə çatıb. 

 

Dəstəkləyən ölkələr arasında Albaniya, Kipr, Malayziya, Moldova, Malta, Sloveniya, Tailand və digər dövlətlər var.

 

Yermak qeyd edib ki, avqustun 18-də bu ölkələrin səfirləri ilə görüş baş tutub. Burada “sülh formulu” ilə yanaşı, Rusiya və Ukrayna arasında hərbi münaqişənin ekoloji nəticələri də müzakirə edilib.

 

Xatırladaq ki, avqustun 5-6-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində Rusiya ilə Ukrayna arasında hərbi münaqişənin həlli ilə bağlı danışıqlar aparılıb. İclasda 42 ölkənin nümayəndəsi iştirak edib. Onlar prezident Zelenskinin “sülh formulu”nu müzakirə ediblər.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir