Modern.az

"Qarabağ"ın yeni qapıçısı Bakıya gəldi

İdman

19 Avqust 2023, 14:13

“Qarabağ” klubunun anlaşdığı rusiyalı qapıçı Andrey Lunyov Bakıya gəlib.

 

Modern.az xəbər verir ki x Ağdam təmsilçisindən məlumat verilib.

 

Bildirilib ki, 32 yaşlı qolkiper tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

 

Sözləşmənin müddətinin 1 illik olacağı gözlənilir.

 

Qeyd edək ki, Andrey Lunyov son olaraq Almaniyanın “Bayer” (Leverkuzen) komandasının formasını geyinib. O, daha əvvəl ölkəsində “Torpedo” (Moskva), “İstra”, “Kaluqa”, “Saturn”, “Ufa” və “Zenit” klublarının şərəfini qoruyub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi