Modern.az

Turistlər hesabı ödəmədi - İşə baş nazir qarışdı

Turistlər hesabı ödəmədi - İşə baş nazir qarışdı

Dünya

19 Avqust 2023, 18:43

Albaniyada dörd italiyalı turistin restoranda yemək yeyib hesabı ödəmədən çıxıb getməsi müzakirələrə səbəb olub.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, hadisə Albaniya və İtaliyanın baş nazirlərinin görüşündə gündəmə gəlib.

 

Belə ki, italiyalı turistlər Albaniyanın Berat şəhərində restoranda yemək yeyib, ancaq hesabı ödəmədən çıxıb gedib. Türistlərin görüntüləri sosial şəbəkədə yayılıb.

 

Məsələ baş nazirlərin görüşündə də müzakirə olunub və İtaliya baş naziri Giorgia Meloni səfirə turistlərin hesabını ödəməyi tapşırıb.

 

"Get və bu axmaqların hesabını ödə", - baş nazir səfirə deyib.

 

İtaliyanın Albaniyadakı səfirliyi öz vətəndaşları adından təxminən 80 avro (68 funt sterlinq) məbləğində hesabı ödəyib.

 

"İtalyanlar qaydalara hörmət edirlər və borclarını ödəyirlər və ümid edirik ki, bu cür hadisələr bir daha təkrarlanmayacaq", - açıqlamada bildirilir.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir