
“Prezidentliyə namizədliyim 10 gündən sonra bilinəcək”. Bunu Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa prezident seçkilərində iştirak edəcəyi haqda danışarkən
Modern.az-a açıqlamasında deyib. Deputatın sözlərinə görə, onun namizədliyi hələ yüz faiz dəqiqləşməyib. F.Mustafanın namizəd olub-olmayacağına 10 gün ərzində baxılaraq müvafiq qərar veriləcək:
“Mənim namizədliyim barədə partiya olaraq biz qəti fikir deməmişik. Hazırda bu məsələyə baxılır. Məclisdə müzakirə olunacaq. Əgər bu, Məclisdə qəbul olunaracaqsa, namizədliyim irəli sürüləcək”.
Qeyd edək ki, müxalifət birliyindən kənar düşən F.Mustafa bir müddət əvvəl prezident seçkilərinə qatılacağını açıqlamışdı.
Anar RÜSTƏMOV