Modern.az

\"Qarabağ\" rusiyalı qapıçını heyətinə qatdı

\

19 Avqust 2023, 22:03

“Qarabağ” klubu rusiyalı qapıçı Andrey Lunyovun transferini açıqlayıb.

 

Ağdam təmsilçisindən Modern.az-a verilən məlumata görə, 32 yaşlı qolkiperlə 1+1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Andrey Lunyov son olaraq Almaniyanın “Bayer” (Leverkuzen) komandasının formasını geyinib. O, daha əvvəl ölkəsində “Torpedo” (Moskva), “İstra”, “Kaluqa”, “Saturn”, “Ufa” və “Zenit” klublarının şərəfini qoruyub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi